İndoneziyada sel fəlakəti - ölənlərin sayı artdı

11:04 - 1 Dekabr 2025 - DÜNYA

İndoneziya adasının Sumatra bölgəsində baş verən şiddətli daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 500-ü keçib.

Ucnoqta.az xəbər verir ki, France-Presse agentliyi bu barədə xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

Daha əvvəl ölənlərin sayının 417 nəfər olduğu bildirilirdi.

İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi bildirib ki, fəlakət ötən həftənin sonlarından bəri bölgədə davam edən güclü yağışlar nəticəsində baş verib.

Sel suları yaşayış binalarına, yollara və infrastruktura ziyan vurub və xilasedicilərin ən çox zərər çəkmiş ərazilərə çatmasına mane olub.

Xəbər xətti