Bulvara keçid üçün yeni piyada zolağı çəkilib - FOTO

17:13 - 1 Dekabr 2025 - Xəbər

Bakının mərkəzi prospektlərindən birində piyadaların hərəkətinin asanlaşdırılması üçün piyada zolağı çəkilib.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Qeyd olunub ki, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində eyni səviyyəli keçid təşkil olunub. Bu isə o deməkdir ki, artıq piyadalar bulvar ərazisinə keçmək üçün mütləq yeraltı keçidə düşmək məcburiyyətində olmayacaqlar.///oxu.az


Xəbər xətti