Rusiya regionları üzərində 36 PUA vurulub

08:22 - 17 Noyabr 2025 - DÜNYA

Hava hücumundan müdafiə qüvvələri gecə ərzində Rusiya bölgələri üzərində 36 Ukrayna pilotsuz təyyarəsini vurub.

Ucnoqta.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat verib.
Nazirlik bildirib ki, Bryansk bölgəsi üzərində 14, Tambov bölgəsi üzərində səkkiz, Ulyanovsk bölgəsi üzərində beş, Voronej bölgəsi üzərində dörd, Orel bölgəsi üzərində üç və Nijni Novqorod və Tula bölgələri üzərində hər biri bir pilotsuz təyyarə vurulub.

Xəbər xətti