Yollarda görünüş məsafəsi məhdudlaşacaq

19:55 - 14 Noyabr 2025 - ÖLKƏ İÇİ

Avtomobil yollarında vəziyyət açıqlanıb.

Ucnoqta.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, noyabrın 15-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.

Xəbər xətti