Finlandiya Silahlı Qüvvələri 2026-cı ildə Norfolkdakı NATO komandanlığına keçə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəhbəri Maks Arhippainen "MTV Uutiset"ə bildirib.
Finlandiya Silahlı Qüvvələri Hollandiyanın Brunssum şəhərindəki NATO komandanlığına tabedir. Əvvəllər Finlandiya Ordusunun 2025-ci ilin əvvəlində Norfolk komandanlığına keçəcəyi gözlənilirdi.
Danimarka, İslandiya və Norveç artıq Norfolk komandanlığına tabedir. Finlandiyadan əlavə, İsveç Silahlı Qüvvələri də Norfolk qərargahına köçürüləcək.