Qubada toy karvanında qaydaları pozan iki nəfər HƏBS OLUNDU

20:31 - 14 Noyabr 2025 - ÖLKƏ İÇİ

Qubada toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozan 8 nəfər Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə P.Babayevin barəsində 8 sutka, Ş.Vəliyevin barəsində 15 sutka həbs tədbiri seçilib.

Saxlanılan digər şəxslərin barələrində də digər inzibati tənbeh tədbirləri görülüb.

Xəbər xətti