Azərbaycan millisində daha bir İTKİ

10:40 - 15 Noyabr 2025 - İDMAN

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

Bildirilib ki, millimizin futbolçusu Toral Bayramov zədələndiyi üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.

Xəbər xətti