"Florensiya" almazı Kanadada 50 ildən çox gizli saxlanılıb

23:17 - 6 Noyabr 2025 - DÜNYA

Avstriya İmperiyasını idarə edən Habsburq sülaləsinə məxsus olan "Florensiya" almazı yarım əsrdən çox gizli şəkildə Kanadada saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti imperiya hökmdarlarının nəsillərinə istinadən məlumat yayıb.

Habsburqların üç nəslinin sözlərinə görə, almaz ailə İkinci Dünya Müharibəsinin ən qızğın vaxtında oraya qaçırıldıqdan bəri Kanadadakı bank seyfində saxlanılıb. NYT qeyd edir ki, sonrakı bütün illərdə nəsillər almazın təhlükəsizliyi üçün yerini gizli saxlayıblar.

NYT-nin məlumatına görə, Kembricdəki Məsih Kollecinin tədqiqatçısı Riçard Bassett "Onu 100 il ərzində faktiki olaraq gizli şəkildə qorumaq inanılmaz bir nailiyyətdir" deyib.

Florensiya almazının çəkisi 137 karatdır. Habsburq sülaləsindən əvvəl almaz Florensiyanı idarə edən Medici ailəsinə məxsus idi.

Xəbər xətti