Sabah pensiyaların ödənişi yekunlaşacaq

10:48 - 20 Oktyabr 2025 - ÖLKƏ İÇİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 21-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Ucnoqta.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Xəbər xətti