Mərakeş FİFA U-20 Dünya Kubokunun qalibi oldu

08:20 - 20 Oktyabr 2025 - İDMAN

FIFA U-20 Dünya Çempionatının final matçında Mərakeş Argentinanı 2:0 hesabı ilə məğlub edib.

Ucnoqta.az xəbər verir ki, turnir Çilidə keçirilirdi. Mərakeşin heyətində hər iki qolu Yasin Zabiri vurub (12 və 29-cu dəqiqələrdə).

Kolumbiya üçüncü yer uğrunda görüşdə Fransanı 1:0 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.

Mərakeş ilk dəfə U-20 Dünya Çempionatının qalibi olub. Argentina turniri altı dəfə qazanaraq ən çox qələbə qazanan ölkədir.

Xəbər xətti