Paytaxtda tıxac olan yollar - Siyahı

08:11 - 17 Oktyabr 2025 - AVTO

Bakının bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, hazırda yollardakı vəziyyət: 
 1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
 2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
 4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 5. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
 6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
 7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 8. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
 9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər xətti