AK Rusiya vəsaitlərindən Kiyevə əlavə 25 milyard avro ayıracaq

08:07 - 17 Oktyabr 2025 - İQTİSADİYYAT

Avropa Komissiyası (AK) Rusiyanın hesablarındakı dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya təminat krediti kimi əlavə 25 milyard avro ayırmağın yollarını araşdırır.

Ucnoqta.az xəbər verir ki, "Politico"nun əldə etdiyi sənədə görə, Brüssel bununla da sentyabrda Kiyevə köçürəcəyinə söz verdiyi 140 milyard avronu Rusiya vəsaitləri hesabına artırmağa ümid edir.

Aİ-nin maliyyə nazirlərinin noyabrda keçiriləcək iclasda AK təklifini müzakirə edəcəkləri gözlənilir.
Nəşr qeyd edir ki, onlar Ukraynaya kredit verməyə razılaşsalar, vəsait Ukrayna müdafiə sektorunun texnoloji və sənaye bazasının inkişafına və onun Avropa hərbi sənaye kompleksinə inteqrasiyasına sərf olunacaq.

Xəbər xətti