Narkokuryerlik edən şəxs həbs olundu

14:41 - 16 Oktyabr 2025 - Xəbər

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini 38 yaşlı Ramik Quliyev saxlanılıb. 

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, ondan 2 kiloqramdan artıq narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb. R.Quliyev sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə pul müqabilində narkokuryerlik etdiyini bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan təbiri seçilib

Xəbər xətti