Gürcüstanın baş naziri İrakli Kobaxidze oktyabrın 14-də Tbilisidə keçirilən mitinqdə iştirak etdiyi üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri Elina Valtonenlə görüşünü ləğv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə oktyabrın 15-də hökumətin bəyanatına istinadən Sputnik Georgia Telegram kanalı məlumat yayıb.
“Qərar Elina Valtonenin qeyri-qanuni mitinqdə iştirakı və yalan bəyanatlar yayması səbəbindən qəbul edilib”, - deyə məlumatda bildirilir.
Oktyabrın 14-də o, Gürcüstan paytaxtının mərkəzində parlament binası qarşısında etirazçılarla görüşüb.