“Əl-Nassr”ın və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo yeni idman rekordu müəyyənləşdirib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Ronaldo karyerasında 947-ci qolunu Portuqaliyanın DÇ-2026-nın seçmə mərhələsində Macarıstana qarşı oyunu zamanı vurub.
Bu qol Ronaldonun dünya çempionatının seçmə oyunlarında vurduğu qollara görə 40-cı qoludur.
Bundan əvvəlki rekord dünya çempionatının seçmə mərhələsində 39 qol vuran Qvatemala millisinin hücumçusu Karlos Ruisə məxsus idi.