Qəzzada İsrail ordusunun mövqelərinə yaxınlaşanlara atəş açılıb

13:05 - 14 Oktyabr 2025 - DÜNYA

Bir neçə naməlum şəxsin atəşkəs razılaşmasını pozaraq onların mövqelərinə yaxınlaşmasından sonra İsrail qüvvələri Qəzza zolağının şimalında təhlükəni aradan qaldırmaq üçün atəş açıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, bu gün səhər saatlarında Qəzza zolağının şimalında fəaliyyət göstərən əsgərlər razılaşmanı pozaraq Sarı xətti keçərək İDF mövqelərinə yaxınlaşan bir neçə şübhəlini müəyyən ediblər.
Şübhəliləri mövqelərindən uzaqlaşdırmağa cəhd edilib. Onlar heç bir reaksiya verməyib və əsgərlərə yaxınlaşmağa davam ediblər, daha sonra onlar təhlükəni aradan qaldırmaq üçün atəş açıblar.

IDF Qəzza sakinlərini əmrlərə tabe olmağa və ərazidə yerləşdirilən bölmələrə yaxınlaşmamağa çağırıb.

Xəbər xətti