Monteneqro 2028-ci ildə Aİ-yə daxil ola bilər - AK sədri

12:47 - 14 Oktyabr 2025 - DÜNYA

Monteneqro Aİ-yə üzv olmaq üçün ən çox ehtimal olunan namizəd ölkədir və 2028-ci ildə üzv ola bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Monteneqroya səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.

Fon der Lyayen, Avropa Komissiyasının Monteneqronun 2028-ci ildə bloka üzvlüyünü dəstəkləyəcəyini deyib.

Monteneqro 2010-cu ildə Aİ-yə namizəd statusu alıb.

Xəbər xətti