İşlədiyi şirkətdə külli miqdarda pul mənimsəməkdə təqsirləndirilən Nihad Fərzəliyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi baş tutub.
Ucnoqta.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Nihad Fərzəliyev 5 il müddətə azadlıqdan məhrum edilib. Eyni zamanda, o, mənimsədiyi pulu ödəməli olacaq.
Qeyd edək ki, təqsirləndirilən Nihad Fərzəliyev Cinayət Məcəlləsinin 179.3.2-ci ( Mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.