Azərbaycan millisi yenə məğlub oldu

00:46 - 14 Oktyabr 2025 - İDMAN

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.

Ucnoqta.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdğı komanda 4-cü turda səfərdə Ukrayna ilə qarşılaşıb.

Polşanın Krakov şəhərinin "Krakoviya" stadionunda təşkil olunan görüşü Avstriyadan olan hakimlər briqadası idarə edib. 

Ötən tur səfərdə Fransaya 3 cavabsız qolla uduzan millimiz Ukraynadan xal və ya xallar almağa çalışsa da, yekunda meydandan 1:2-lik yenilgi ilə ayrılıb.

Bu qrupun digər matçında isə İslandiya millisi Fransa ilə bərabərə qalıb - 2:2.

13 oktyabr

DÇ-2026-nın seçmə mərhələsi

D qrupu

Ukrayna - Azərbaycan - 2:1 

Qollar: Aleksey Qutsulyak, 30 (1:0), Vitali Mikolenko-avtoqol, 45+3 (1:1), Ruslan Malinovski, 64 (2:1)

Baş hakim: Sebastian Gişamer

"Krakoviya" stadionu

İslandiya – Fransa - 2:2

Qollar: Palsson, 39 (1:0), Nkunku, 63 (1:1), Mateta, 68 (1:2), Hlynsson, 70 (2:2)

Xəbər xətti