Beyləqanda qəza zamanı ikisi qardaş olmaqla 3 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Birinci Şahsevən kəndi ərazində olub.
Qəza zamanı 1999-cu il təvəllüdlü Ülvi Bariz oğlu Həşimov, 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov və 1999-cu il təvəllüdlü Məhərrəm Elman oğlu Səfərov ağır xəsarətlər alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin məlumata görə, qəza nişan mərasimindən qayıdarkən baş verib.
TƏBİB-dən qafqazinfo.az-a bildirilib ki, bu gün saat 05:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Pasiyentlərin müalicəsi Beyləqan RMX-nin Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.
***
Beyləqanda baş verən qəza zamanı ağır xəsarət alanlar ANAMA əməkdaşları olub və xəsarət alan qardaşlardan biri ölüb.
Belə ki, 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov həkimlərin göstərdikləri reanimasyon tədbirlərə baxmayaraq xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.///qafqazinfo