İsrail hakimiyyəti ABŞ prezidenti Donald Trampı ölkənin ən yüksək mülki mükafatı olan "Prezidentin Şərəf Medalı" ilə təltif etmək qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkə başçısı İsaak Hersoqun ofisi məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, bu mükafat Trampın Qəzza zolağında israilli girovların azad edilməsinə verdiyi töhfədir.
Mükafatın elanı Amerika liderinin İsrailə bazar ertəsi başlayan səfəri ilə eyni vaxta təsadüf edir. Medalın özü ona yaxın aylarda təqdim olunacaq. Təqdimatın vaxtı və yeri hələ dəqiqləşməyib.
"Prezidentin Şərəf Medalı" 2012-ci ildə yəhudi dövlətinin doqquzuncu prezidenti Şimon Peresin təşəbbüsü ilə İsraildə təsis edilib. O, İsrail cəmiyyətinə verdiyi töhfələrə və bütün dünyada humanitar nailiyyətlərə görə verilir.
Medalı Henri Kissinger 2012-ci ildə ilk alan olub. Bu illər ərzində mükafat digərləri ilə yanaşı Barak Obama, Bill Klinton və Angela Merkelə də təqdim edilib.