Azərbaycanda vəzifəli şəxsin oğlu hoteldə öldü

16:44 - 13 Oktyabr 2025 - ÖLKƏ İÇİ

Mingəçevir Avtovağzalının icraçı direktorunun oğlu ölmüş vəziyyətdə aşkar olunub.

Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Mingəçevir Avtovağzalının ərazisində yerləşən hoteldə qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü Coşqun Rəhimov yatdığı otaqda ölmüş vəziyyətdə aşkar olunub.

Otağa baxış zamanı onun öldüyü məlum olub. Onun ürəktutmadan öldüyü deyilir.

Qeyd edək ki, o iş adamı və Mingəçevir Avtovağzalının direktoru Tofiq Rəhimovun oğludur.

Faktla bağlı araşdlrma aparılır.

Xəbər xətti