Aysel keçmiş ərinə cinayət işi açdırdı

17:15 - 13 Oktyabr 2025 - MAQAZİN

Bloqçu Aysel Şükürova yenidən keçmiş əri Oqtay Əhmədovdan məhkəməyə şikayət edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə özü məlumat yayıb. 

O bildirib ki, hazırda cinayət işi açıblar: 

"Növbəti zəfər. Oqtay Əhmədovun mənə atdığı təhqir və böhtana görə barəsində ikinci cinayət işi açdırdıq. CM-nin 147.1 və 148-ci maddələri üzrə Oqtay Əhmədovun hüquqazidd əməllərinə dair şikayət ərizəmizin məhkəmə baxışına verilməsi və cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılması qərara alındı".

Qeyd edək ki, Oqtay Əhmədov sosial şəbəkədə canlı yayım açaraq Ayselin ünvanına təhqirlər yazıb.///yenisabah

Xəbər xətti