ABŞ prezidenti Donald Tramp İsrailə gedərkən “Air Force One” təyyarəsində real vaxt rejimində Qəzza zolağından israilli girovların azad edilməsini izləyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt İnstaqram səhifəsində yazıb.
“Prezident Tramp Air Force One-dan girovların köçürülməsini izləyir” - Levitt qeyd edib.