Aİ3 ölkələrinin (Böyük Britaniya, Almaniya və Fransa) İrana qarşı BMT Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa etmək məqsədi daşıyan hərəkətləri səbəbindən İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında əməkdaşlıq dayandırılacaq.
Ucnoqta.az xəbər verir ki, “Tasnim” xəbər agentliyi bu barədə İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasına istinadən (MTŞ) məlumat yayıb.
Açıqlamada deyilir ki, Xarici İşlər Nazirliyinin agentliklə əməkdaşlığına və böhranın həlli üzrə planların təqdim edilməsinə baxmayaraq, Avropa ölkələrinin hərəkətləri səbəbindən agentliklə əməkdaşlıq dayandırılacaq.