Şiveluç vulkanı 4,5 kilometr hündürlüyə kül buraxıb

08:10 - 19 Sentyabr 2025 - DÜNYA

Mütəxəssislər Kamçatkadakı Şiveluç vulkanında dəniz səviyyəsindən 4,5 kilometr hündürlüyə çatan kül dumanlarını qeydə alıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka vulkan püskürməsinə reaksiya qrupu məlumat yayıb.

"Partlayışlar nəticəsində Şivəluç vulkanından kül dəniz səviyyəsindən 4,5 kilometr hündürlüyə qalxıb. Kül leyləsi vulkandan 20 kilometr şimala qədər uzanıb", - məlumatda deyilir.

Vulkana narıncı aviasiya təhlükə kodu verilib. Bu o deməkdir ki, onun fəaliyyəti yerli hava səyahətləri üçün risk yaradır.

Xəbər xətti