ABŞ prezidenti Donald Tramp Polşada pilotsuz təyyarələrlə bağlı insidentin idarəetmənin itirilməsi səbəbindən baş verdiyinə ümid etdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, o, Fox News telekanalına müsahibəsində "Səhv olub-olmadığını deyə bilmərəm. Gəlin etiraf edək: onlar orada olmamalı idilər. Yəqin ki, nəzarəti itiriblər. Ümid edək ki, belədir".
Tramp əlavə edib ki, pilotsuz təyyarələr vurulub və Polşa ərazisinə düşüb.
"Onlar istənilən halda da ora getməməli idilər”.