Kamçatkada 5 maqnitudadan böyük üç afterşok qeydə alınıb

00:15 - 19 Sentyabr 2025 - DÜNYA

Kamçatkada baş verən 7,4 bal gücündə zəlzələdən sonra 5,5, 5,7 və 5,0 bal gücündə üç afterşok qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu məlumatı Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi yayıb.

Kamçatka sahilləri üçün də sunami xəbərdarlığı edilib. Dalğaların hündürlüyü 1,5 metrə çata bilər.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 7,7 bal olub.

Xəbər xətti