Northrop Grumman-ın Cygnus XL yük gəmisi sentyabrın 18-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) yaxınlaşacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb.
"NASA və Northrop Grumman 18 sentyabr cümə axşamı Şərq vaxtı ilə saat 7:18-də BKS-ə təhlükəsiz şəkildə çatmağı planlaşdırır", - agentliyin saytında deyilir.
Qeyd edilib ki, kosmik gəmi 2026-cı ilin mart ayına qədər ISS-də qalacaq.
Yaxınlaşma əvvəlcə sentyabrın 17-nə planlaşdırılıb, lakin kosmik gəminin əsas mühərrikində yaranan problemlərə görə təxirə salınıb.