Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Rusiya neftindən tamamilə imtinaya çağırıb
Ucnoqta.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkə hesabında yazıb.
"Əlavə tədbirlər vasitəsilə Rusiyaya iqtisadi təzyiqi artırmaq üçün birgə səylərimizi gücləndirmək barədə Trampla məhsuldar söhbətim oldu. Komissiya tezliklə kriptovalyuta, banklar və enerji sektorunu hədəf alan 19-cu sanksiyalar paketini təqdim edəcək. Rusiyanın mədən yanacaq gəlirləri hesabına formalaşan müharibə iqtisadiyyatı Ukraynada qan tökülməsini maliyyələşdirir. Buna son qoymaq üçün Komissiya Rusiyadan qalıq yanacaq idxalının mərhələli şəkildə dayandırılmasını təklif edəcək" - AK rəhbəri qeyd edib.