Körfəz ölkələri İsrailin Dohada HƏMAS rəhbərliyinin binasına endirdiyi zərbədən sonra birgə müdafiə mexanizmini işə salmaq barədə razılığa gəliblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Körfəz Əməkdaşlıq Şurası liderlərinin bəyanatında deyilir.
"Liderlər Birgə Müdafiə Şurasına Dohada fövqəladə iclas keçirməyi tapşırıblar. Bu iclasdan əvvəl Ali Hərbi Komitənin iclası keçiriləcək. İclasın məqsədi İsrailin Qətərə təcavüzü fonunda üzv dövlətlərin müdafiəyə hazırlığının səviyyəsini qiymətləndirmək və təhdid mənbələrini müəyyən etmək, həmçinin Birgə Hərbi Komandanlığa hücuma qarşı lazımi tədbirləri görmək və hücumların qarşısının alınması üçün kollektiv müdafiə mexanizmini gücləndirmək üçün göstəriş verməkdir”, - bəyanatda deyilir.