Dövlət Departamenti AMRAAM raketlərinin Niderlanda satışını təsdiqləyib

00:25 - 17 Sentyabr 2025 - DÜNYA

ABŞ Dövlət Departamenti Hollandiyaya AMRAAM (Advanced Medium Menzilge Air-to-Air Missile) tipli hava-hava raketləri və müvafiq avadanlıqların ümumilikdə 570 milyon dollar dəyərində potensial satışını təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Qeyd edilir ki, Niderland rəhbərliyi bundan əvvəl ABŞ-dan 232 AMRAAM raketi və səkkiz idarəedici sistem almaq üçün sorğu göndərmişdi.

Xəbər xətti