Aktrisa Paris Hilton bağ evində eynək üçün otaq düzəldib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Realtor” məlumat yayıb.
"Mənim eynək üçün bütöv bir otağım var və hər divarda holoqrafik rəflər var. Təxminən 10 min cüt var" - Hilton deyib.
O, həmçinin əlavə edib ki, malikanənin spa sahəsi var, aktrisa burada hər gün qırmızı işıqlı LED çarpayı, kriokamera və digər kosmetoloji avadanlıqlardan istifadə edir.