Braziliyanın sabiq prezidenti (2019-2022) daha əvvəl dövlət çevrilişinə cəhddə ittiham olunaraq 27 ildən çox həbs cəzasına məhkum edilmiş Jair Bolsonaro xəstəliklə xəstəxanaya yerləşdirilib.
Ucnoqta.az xəbər verir ki. bu barədə respublikanın Federal Senatının üzvü, keçmiş liderin oğlu Flavio Bolsonaro məlumat verib.
Orun sözlərinə görə, siyasətçi artıq paytaxt xəstəxanalarından birinə yerləşdirilib.
Son illərdə Bolsonaro dəfələrlə özünü pis hiss etməkdən və mədə ağrısından şikayətlənib. 2018-ci ildə seçicilərlə görüş zamanı o vaxt Braziliyada prezident seçkilərində namizəd olmuş Bolsonaro hücuma məruz qalıb. Bolsonaro mədəsindən bıçaq yaraları alıb. Sonradan o, bir neçə əməliyyat keçirdi, lakin vaxtaşırı siyasətçi hıçqırıq və qusma səbəbiylə yenidən tibbi yardım istəməli olur.