Petropavlovsk-Kamçatski yaxınlığında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Təbii fəlakətin episentri Petropavlovsk-Kamçatskidən 150 km şərqdə olub. Zəlzələnin ocağı 25 km-dən çox dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilməyib.