Madrid barında partlayış olub, 25 nəfər xəsarət alıb

20:30 - 13 Sentyabr 2025 - DÜNYA

Madridin Puente de Valyecas bölgəsindəki barda partlayış baş verib, 25 nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə sentyabrın 13-də İspaniyanın “El Diario” qəzeti məlumat yayıb.

“Madriddə barda baş verən partlayış nəticəsində 25 nəfər xəsarət alıb, onlardan üçünün vəziyyəti ağırdır”, - nəşr yazır.

Bundan başqa, partlayış dalğasından qonşu yaşayış binası da zərər görüb. Hadisə yerli vaxtla saat 15:00 radələrində baş verib
Partlayış yerinə həkimlər, 13 mülki müdafiə qrupu və Madrid Şəhər Şurasından 18 yanğınsöndürən, o cümlədən itlər xidməti zabitləri göndərilib. Partlayış yeri pilotsuz uçan aparatlar vasitəsilə tədqiq edilir, binanın konstruksiyaları zədələndiyi və dayanıqsız hala düşdüyü üçün dağıntılar əl ilə təmizlənir.

Xəbər xətti