Fransa Xarici İşlər Nazirliyi Rusiya səfirini çağıracaq

11:00 - 12 Sentyabr 2025 - DÜNYA

Fransa Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki səfiri Aleksey Meşkovu Polşada PUA insidentilə bağlı çağıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro France Inter radiosunun efirində bildirib.

Bu barədə sualı cavablandıran Barrot, "Bu səhər onu çağıracağıq" dedi. O, PUA-ların Polşa ərazisinə düşməsində Rusiyanı günahlandırıb və Fransanın təsadüfi və ya qəsdən törədilməsindən asılı olmayaraq belə hadisələri qəbuledilməz hesab etdiyini vurğulayıb.

Xəbər xətti