Ukrayna ilə bağlı danışıqlar davam etdirilməlidir - Fidan

00:04 - 12 Sentyabr 2025 - DÜNYA

Türkiyənin xarici işlər naziri Hakan Fidan hesab edir ki, Ukrayna ilə bağlı danışıqlar dayandırıldığı andan davam etdirilməlidir.

Ucnoqta.az xəbər verir ki, o, bu fikri italiyalı həmkarı Antonio Tajani ilə keçirdiyi mətbuat konfransında bildirib.

"Sülh və atəşkəslə bağlı danışıqlar kəsildiyi andan bərpa olunmalıdır. Türkiyə və İtaliya bu müharibəni dərhal bitirmək zərurətində eyni fikirdədir.
Bu barədə hörmətli həmkarımla danışdım. Bu, təkcə regional təhlükəsizliyi təhdid etmir, həm də qlobal təhlükəsizliyə ciddi təhlükə yaradır. Əvvəldən biz dəfələrlə və israrla müharibənin böyüməsi təhlükəsini və ona dərhal son qoyulmasının vacibliyini vurğulamışıq”, - deyə Fidan bildirib.

Xəbər xətti