Zərdabda qaçırılan qıza görə daha 3 nəfər saxlanıldı

10:52 - 11 Sentyabr 2025 - Cəmiyyət

Zərdab rayonunda 22 yaşlı qızın oğurlanması hadisəsi ilə əlaqəli daha 3 nəfər polis tərəfindən saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İzzət Rəhmanoğlunun 1996-cı il təvəllüdlü qardaşı İsmət Rəhmanoğlu və onun 1968-ci il təvəllüdlü anası da saxlanılıb.

Qaçırılma zamanı qızın 1990-cı il təvəllüdlü bacısının da qarşı tərəfə yardım etdiyi müəyyənləşib. Keçirilən əməliyyat tədbirləri nəticəsində qaçırılan qızın bacısı da saxlanılıb. Hər üç şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.///qafqazinfo

Xəbər xətti