ChatGPT chatbotunun yaradıcısı olan American OpenAI Koreya Respublikasında regional ofisini açıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir. Bu, onun Asiyada 3-cü (Sinqapur və Yaponiyadan sonra) və dünyada isə 12-ci ofisidir.
OpenAI-nin Strategiya üzrə Baş Mütəxəssisi Ceyson Kvon Seulda keçirilən mətbuat konfransında bildirib ki, Koreya Respublikası çoxdan texnoloji güc hesab olunur. Qabaqcıl infrastrukturun, innovativ şirkətlərin və hər şeyi qəbul etməyə hazır olan insanların unikal birləşməsi Koreya Respublikasını süni intellektdə innovasiyalar üçün ideal mərkəzə çevirir.
Onun sözlərinə görə, bir il ərzində ən azı həftədə bir dəfə ChatGPT-ə daxil olan istifadəçilərin sayı Cənubi Koreyada 4 dəfə artıb və ödənişli abunəçilərin sayına görə ölkə Asiya-Sakit okean regionunda birinci yerdədir. Cənubi Koreya tərtibatçıları da proqram təminatı sektorunda OpenAI xidmətlərindən ən fəal istifadə edən ilk on ölkə sırasındadır.