Britaniya Ukraynaya 2,7 milyard dollarlıq hərbi yardım ayırıb

23:11 - 9 Sentyabr 2025 - DÜNYA

Böyük Britaniyanın rəhbərlik etdiyi fond vasitəsilə Ukraynaya silah alınması üçün 2 milyard funt sterlinqdən çox (2,7 milyard dollardan çox) vəsait ayrılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin açılama yayıb.

Nazirlik tərəfindən Londonda keçirilən “Ramşteyn” formatında Ukraynaya hərbi təchizat üzrə təmas qrupunun 30-cu iclasının yekunu üzrə qısa kommünike dərc edilib.
Krallığın Müdafiə Nazirliyinin qeyd etdiyi kimi, qrupa ümumilikdə 50 ölkə daxildir. 

Hili həmçinin bildirib ki, Ukrayna Beynəlxalq Fondu (IFU) artıq Kiyevə 1000-dən çox hava hücumundan müdafiə sistemi, 600-dən çox pilotsuz uçuş aparatı, elektron döyüş sistemləri və hava hücumundan müdafiə radar stansiyaları təqdim edib. Yaxın həftələrdə yeni tədarüklər gözlənilir.

Xəbər xətti