Rusiya ordusunun Ukraynaya genişmiqyaslı işğalı başlayandan indiyədək şəxsi heyətin itkiləri artıq 1 milyon 90 min əsgərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ümumilikdə, son 24 saat ərzində ruslar 950 əsgər, bir tank, üç zirehli döyüş maşını, 32 artilleriya sistemi, bir MLRS, 226 əməliyyat-taktiki PUA, iki xüsusi texnika və 72 avtomobil texnikasını itirib.