Ağdaşda avtomobil aşdı - 29 yaşlı sürücü öldü

21:34 - 7 Sentyabr 2025 - ÖLKƏ İÇİ

Bakı-Qazax magistral yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 29 yaşlı Əhliman Mehdiyev hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti