Ağ Ev Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək

19:35 - 7 Sentyabr 2025 - DÜNYA

Vaşinqton administrasiyası yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi imkanlarını müzakirə edəcək və yekun qərarı ABŞ prezidenti Donald Tramp verəcək.

Ucnoqta.az xəbər verir ki, bunu CBS telekanalının efirində Ağ Evdəki Milli İqtisadi Şuranın rəhbəri Kevin Hassett deyib.

"Əminəm ki, bu gün və sabah sanksiyaların miqyası və sanksiyaların tətbiqi vaxtı ilə bağlı çoxlu müzakirələr aparılacaq", - deyə o, bunun Amerika tərəfinin yeni anti-Rusiya məhdudiyyətləri tətbiq etmə ehtimalına aid olduğunu bildirib.
"Nəhayət, qərar qəbul etmək prezidentin ixtiyarındadır", - Hassett əlavə etdi.
O qeyd edib ki, Ağ Evdəki Milli İqtisadi Şura Rusiya və onun ticarət tərəfdaşlarına münasibət də daxil olmaqla, “sanksiyaların tətbiqi” məsələləri ilə məşğul olur.

Xəbər xətti