İslandiya Azərbaycan millisini DARMADAĞIN ETDİ

00:36 - 6 Sentyabr 2025 - İDMAN

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya - Azərbaycan matçı keçirilib.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan millisi çoxillik ənənəsini pozmayaraq növbəti dəfə darmadağınla uduzub. Qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda keçirilib. Rəqib komandanın heyətində Viktor Palsson 45+2-ci dəqiqədə hesabı açıb. 47-ci dəqiqədə İsak Berqmann Yohannesson hesabı artırıb. İsak Berqmann Yohannesson 56-cı dəqiqədə 3-cü topu Azərbaycanın qapısından keçirib. Daha sonra rəqib daha 2 qol vuraraq hesabı 5:0 edib. Azərbaycan millisi qarşılaşma ərzində heç nə ilə yadda qalmayıb.

Matçı niderlandlı baş hakim Sander van der Eyk idarə edirdi.

Xəbər xətti