Futbolçu qadın hakimi şillə ilə vurdu - Video

19:51 - 5 Sentyabr 2025 - İDMAN

Kolumbiyalı futbolçu Xavyer Bolivar Kolumbiya Həvəskarlar Liqasının “Real Alianza Cataquera” – “Deportivo Quique” matçında qadın hakim Vanessa Seballosa şillə vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Vanguard” məlumat yayıb.

İnsident oyunun 66-cı dəqiqədə Seballosun Bolivara qırmızı vərəqə göstərməsi ilə baş verib. Oyunçu ona tərəf qaçdı və üz döndərərkən sağ əli ilə onun üzünə vurdu. Seballos cavab olaraq futbolçunu təpikləməyə çalışsa da, onu dayandırıblar. Digər oyunçular Bolivarı sakitləşdiriblər.

İnsidentin videosu tez bir zamanda internetdə yayılıb. Sosial şəbəkə istifadəçiləri Bolivarı pisləyib və ciddi intizam tədbiri görməyə çağırıblar. Bolivar reaksiyaya cavab olaraq sosial mediada üzrxahlıq yazıb və onun davranışını "hörmətsiz və yersiz" adlandırıb. Lakin o, qadın hakimi qəsdən vurduğunu inkar edərək, fiti onun ağzından qoparmağa çalışdığını təkid edib.

"Tamamilə aydınlaşdırmaq istəyirəm ki, hakimə qarşı heç bir fiziki aqressiya olmayıb. Bununla belə, jestimin təhqiramiz olduğunu başa düşürəm. Ona görə də ondan, ailəsindən, qadınlardan və baş verənlərdən əziyyət çəkən hər kəsdən üzr istəyirəm. Xüsusilə qadınlara qarşı zorakılığın istənilən formasını qətiyyətlə rədd edirəm. Qadınlar bizim hörmətimizə, qayğımıza və heyranlığa layiqdirlər. Öz üzərimdə işləməyi öhdəmə götürürəm ki, heç vaxt kiminsə ləyaqətini alçaldan hərəkətləri təkrarlamayacağam”, - deyə idmançı yazıb.

Xəbər xətti