Avro U21-in seçmə mərhələsinin oyunu təxirə salınıb

14:08 - 5 Sentyabr 2025 - İDMAN

Fransa və Lüksemburq milli komandaları arasında 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyunu qəzaya görə təxirə salınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Hadisə cümə axşamı Lüksemburq millisinin iştirakı ilə baş verib. Fransa Futbol Federasiyası biletlərin alınması xərclərini tam şəkildə ödəyəcək.

Oyun sentyabrın 5-nə təyin edilmişdi, lakin hadisədən sonra Avropa Futbol Assosiasiyaları İttifaqı qarşılıqlı razılaşma əsasında onun başqa bir tarixə təxirə salınmasına qərar verib. Qarşılaşma oktyabrın 3-nə təyin edilib. Onun yeri daha sonra müəyyənləşəcək.

Xəbər xətti