Husilər Qırmızı dənizdə İsrailə məxsus neft tankerini vurub

10:11 - 1 Sentyabr 2025 - DÜNYA

Ənsar Allah hərəkatının yəmənli üsyançıları Qırmızı dənizdə İsrailin "Scarlet Ray" adlı neft tankerinə raket zərbəsi endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Sariya deyib.

Sariyanın sözlərinə görə, Yəmən donanması Qırmızı dənizin şimal hissəsində İsrailin “Scarlet Ray” neft tankerinə ballistik raket zərbəsi endirdiyi hərbi əməliyyat həyata keçirib. O, tankerin məhv edildiyini qeyd edib.

Xəbər xətti