Hollivud aktrisası özündən 11 yaş kiçik aktyorla görüşür

11:37 - 15 İyul 2025 - MAQAZİN

Hollivud aktrisası Cessika Alba özündən 11 yaş kiçik aktyor Denni Ramirezlə görüşməyə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

44 yaşlı Cessika Alba 33 yaşlı Denni Ramirezlə Kankuna təyyarəyə minərkən görüntülənib. Bildirilir ki, iyulun 13-də sevgililər birlikdə Los-Ancelesə qayıdıblar. Məşhurların necə tanış olduğu məlum deyil.

Eyni zamanda, "People" bir insayderə istinadən, Jessica Albanın hazırda ciddi münasibətə hazır olmadığını bildirdi.

Xəbər xətti