Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə on il əvvəl ... - VİDEO

23:54 - 8 İyul 2025 - Xəbər

Siyəzən rayonunda bədbəxt hadisə baş verib.

İyulun 7-də Beşbarmaq dağında paraşütlə tullanma zamanı Bakı şəhər sakini, 36 yaşlı Nuranə Məcidova qayaya çırpılaraq həyatını itirib.

Onun həvəskar paraşütçü olduğu bildirilir. pizza sifarişi

Paraşüt idmanı üzrə təlimatçı Oktay Qasımov bildirib ki, N.Məcidova uçuş zamanı digər pilotlarla birlikdə olub:

"Aralarında müəyyən məsafə vardı. Hadisəni görüblər və dərhal yaxınlaşıblar. Təəssüf ki, artıq gec idi. On il əvvəl də buna bənzər bir hadisə yaşamışdı, lakin o zaman yüngül xəsarət almışdı. Bir müddət fasilə vermişdi, sonra yenidən bu idmanla məşğul olmağa başlamışdı".

Təlimatçının sözlərinə görə, Nuranə Məcidovanın yeddi yaşlı övladı var idi:

"Əlindən gələni edirdi ki, uşağı yaxşı təhsil alsın. Arzusu var idi, bu il Türkiyənin Fethiye bölgəsinə gedərək Babadağda uçuş etmək istəyirdi. Təəssüf ki, qismət olmadı".

Ətraflı Baku TV-nin süjetində:

Xəbər xətti